Niyə biz?
Səhiyyə sahəsində ixtisaslaşmış brendinq agentliyi olaraq, bu sektoru anlayır və ehtiyaclara uyğun həllər təqdim edirik.
Peşəkarlıq
Hər layihədə sahə üzrə təcrübəli mütəxəssislərlə işləyirik.
Yenilikçi yanaşma
Müasir texnologiyaları və kreativ dizaynı birləşdiririk.
Dəqiqlik və keyfiyyət
Yalnız funksional deyil, emosional təsir gücünə malik vizuallar.
Etibarlılıq və əlçatanlıq
Şəffaf qiymət, davamlı dəstək və yüksək nəticə vədi.
Xidmətlərimiz
Biz sadəcə görünən brend yox, güvən yaradan imic qururuq.
Tibbi Brendinq və strategiya
Həkimlər, klinikalar və səhiyyə startapları üçün fərqli, etibarlı və davamlı brend imici formalaşdırırıq.
Peşəkar video çəkiliş və vizual kontent
Maarifləndirici, təqdimat və sosial şəbəkə üçün nəzərdə tutulmuş keyfiyyətli tibbi çəkilişlər.
Rəqəmsal marketinq və sosial media
Məqsədyönlü reklam kampaniyaları, düzgün kommunikasiya və platformaya uyğun məzmun planlaması.
Vebsayt və UI/UX dizayn
Tibbi sahəyə uyğun, rahat istifadə edilə bilən, funksional və güvən yaradan rəqəmsal platformalar hazırlayırıq.
Haqqımızda
Informed — tibbi brendlər üçün yaradıcı və strateji yanaşma
Səhiyyə sahəsinin özəlliklərini dərindən anlayan komandamız brendinizi yalnız texniki deyil, etik və emosional baxımdan da möhkəmləndirir. Biz sadəcə görünən brend yox, güvən yaradan imic qururuq. Sizin məqsədiniz sağlamlıqdır, bizim məqsədimiz sizi daha aydın təqdim etməkdir.

Müştəri Hekayələri
Brend sadəcə görünüş deyil – yaşanmış uğur hekayəsidir.
Bizimlə əməkdaşlıq edən klinikalar, fərdi həkimlər və səhiyyə layihələri real nəticələr əldə edir. Onların hekayələri ilham verir, yol göstərir və dəyər yaradır.

Dr. Ağa İsmayılov
Həkim efferentoloq
"Informed komandası ilə əməkdaşlığımız sayəsində tibb sahəsində mürəkkəb anlayışları izləyicilər üçün daha anlaşıqlı və cəlbedici formada təqdim edə bildik. Onların yanaşması həm elmi baxımdan dəqiq, həm də vizual olaraq cəlbedicidir."

Dr. Günay Rəhimova
Kardioloq-aritmoloq
"Tibbi sahədə etibarlı və düzgün informasiya vermək həmişə ön planda olub. Informed komandası bu prinsiplərə tam sadiq qalaraq, həm sosial media strategiyamı qurdu, həm də pasiyentlərimə çatmaqda böyük dəstək oldu."

META Endokrin Mərkəzi
Tibbi Startap
"Tibbi startap olaraq həm elmi əsaslı, həm də cəlbedici kontent yaratmaq bizim üçün prioritet idi. Informed komandası bizi dinlədi, brend kimliyimizi düzgün anladı və rəqəmsal dünyada fərqlənməyimizə kömək etdi. Gənc, enerjili və savadlı bir komanda ilə işləmək böyük üstünlükdür."
Media
Sözlər və görüntülər bir arada dəyər yaradır.
İctimai mesajlar, həkimlərdən tövsiyələr, seminar və tədbir görüntüləri, həmçinin səhiyyəyə dair maarifləndirici videolar — hamısı bu bölmədə. Informed tərəfindən istehsal edilmiş media kontenti, səhiyyə sahəsində kommunikasiya standartlarını yüksəltmək məqsədi daşıyır.

Stomatoloji konfrans
Stomatoloji konfransının tədbirinin görüntüləri

ODONTOS rebranding
ODONTOS rebranding haqqında

ELLAB təqdimat videosu
ELLAB təqdimat videosu
Bizimlə əlaqə saxlayın
Tibbi brendinizi gücləndirmək üçün bizimlə əməkdaşlıq edin.

